"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC fəaliyyətini dayandırdı

 

Bu ilin iyun ayında Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyinə verilmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) bütün təlim kursları dayandırılıb. Artıq KHVTİC-in bazasında yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC fəaliyyət göstərmir. Cəmiyyətin ordu və mülki məqsədli sürücülük, snayper və kəşfiyyatçı kursları da fəaliyyətini dayandırıb. Bu qurumda çalışan işçilərin iyun ayından etibarən maaşları verilmir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə kursların dayandırılmasının KHVTİC-in bazasında yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin strukturunun tam formalaşmaması ilə əlaqələndiriblər. Yeni qurum yaxın vaxtlarda fəaliyyətə başlayacaq, bundan sonra yeni mütəxəssis kurslarının açılması nəzərdə tutulur.
Qeyd edək ki, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb.

O.M.

Oxşar xəbərlər
Çox oxunan xəbərlər
Son xəbərlər

24.07.2014

23.07.2014

Müsahibələr
Arxiv
Iyul 2014
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31













free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2013 (c) Mediainfo.az | Rss | E-mail: info@mediainfo.az
Created by NetService.az