İranlı sahibkar həbs edildi

Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb. Vergilər Nazirliyindən verilən məlumata görə, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan ibtidai istintaq zamanı İran vətəndaşı Talebian Oveis Nemat oğlu alkoqollu içkilər üçün nəzərdə tutulmuş 27491 ədəd saxta aksiz markalarını satış məqsədilə əldə etdiyi üçün saxlanılıb. 

O.Talebian istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi “Dong Feng” markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək sentyabrın 18-də İran İslam Respublikasına aparmaq  məqsədilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunun ərazisinə gətirib. Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına  baxış keçirilmiş və gizlədilmiş 27491 ədəd  saxta aksiz markaları  aşkar edilərək götürülüb.  Qeyd olunan cinayətin

O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Talebian Oveis Nemat oğlu təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunub, barəsində Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri  seçilib.

Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunub və iş baxılması üçün məhkəməyə göndərilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az