Bakı bulvarında görünən ilanlarla bağlı — Rəsmi açıqlama (VİDEO)

Azərbaycanın tanınmış müğənnisi Emma (Elmira) Ələkbərzadə instaqramda müzkairələrə səbəb olan video paylaşıb.

Sənətçi Dənizkənarı Milli Parkda xoşagəlməz hadisə ilə qarşılaşıb. 

Belə ki, Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb.
 
Emma “Bəli, bura Bakıdır. Təzə Bayıl bulvarımız! Bu, qara və böyük ilandır. Özü də gürzə! Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Mənim üçün bulvarda gəzmək söhbəti bağlandı”- deyə şərh bildirib. 

“Qafqazinfo” mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxlayıb.  Rəis müavini videoyla tanış olduğunu, lazımı addımların atılacağını söyləyib:

“Elmira Ələkbərzadə Azərbaycanda kifayət qədər tanınmış, sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə inanırıq. Həmin görüntülərdəki yer bulvar ərazisinə oxşayır. Amma bizim əməkdaşlar bu günə kimi bulvarda ilan görməyiblər.

Havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı şəhərində də ola bilər. Bu, bizə siqnal idi. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. Bundna əlavə, bütün icra orqanları və nazirliklərlə əlaqələri gücləndirir. İnsan olan  yerdə ilan olmağı xoşagələn hadisə deyil”. 

 
 
 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2018

24.09.2018

23.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az