Gəncə hadisələri Gəncə camaatının iradəsi deyil

“Gəncədə baş vermiş hadisələr hər hansı bir zaman kəsiyində baş verən hadisə deyil. Gəncə hadisələri Gəncə camaatının iradəsi deyil. Bunu Gəncə camaatının adı ilə bağlamaq, Gəncə əhalisinin düşüncəsi ilə ifadə etmək qətiyyən düzgün deyil. Çünki Gəncə xalqımızın qürur tarixidir, şərəf səhifəsidir”. 

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib. O bildirib ki, gəncəlilər həmişə azadlıq uğrunda mübarizədə itkilər verib, qəhrəmanlıq göstərib: “Azadlıq uğrunda Cavad xan özünü qurban verib, boyun əyməyib, necə ola bilər ki, bu gün azad yaşayan gəncəlilər belə bir addım atmış olsun. Bu qəti şəkildə Gəncə camaatının iradəsi deyil. Yaxud 1920-ci ildə sovet hakimiyyəti gələndə may ayının 25-dən 31-ə qədər Gəncə əhalisi rus işğalına boyun əyməmək üçün üsyan etdi. 12 min gəncəli qana qəltan edildi. Bunların hər biri azadlıq uğrunda baş verdi. Bu gün Gəncə azad, müstəqil dövlətin bir hissəsidirsə deməli, bu gəncəlilərin iradəsi deyil. İlk hökumətimizin ilk mərkəzi Gəncə olub. Bütün bunlar belə fikir səsləndirməyə əsas verir ki, bu Gəncə əhalisinin iradəsinə ziddir”. 

Deputat qeyd edib ki, baş verən hadisələr xarici dövlətlərin kəşfiyyatının əməlləridir: “Çünki müsəlman dünyasında bir sabit, müstəqil, heç kəsə tabe olmayan, qürurla yaşayan bir ölkə var və çalışırlar ki, belə bir dövlətdə çaxnaşma yaratsınlar, ərəb dünyasındakı müsəlman ölkələrinə çevirsinlər. İstəyirlər ki, dövləti tabe edib öz arzularını reallaşdırsınlar. Amma Gəncə buna imkan vermədi. Dövlət başçısının rəhbərliyi altında aparılan taktiki addımlar, xalqın iradəsinə söykənən dövlətimiz bu problemi aradan qaldırdı. İtkilərə yol da versək, amma Azərbaycanda vətəndaş müharibəsi törətmək istəyi ilə başlanan bu iş uğursuz sonluqla qurtardı”.

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az