Sahildə tikilən hündür binaların hamısı çökəcək

Sürüşmə sahəsindəki gərginliyə görə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında yaradılan Qərargah məlumat yayıb.

Qərərgahdan axar.az-a bildirilib ki, 12 oktyabr 2018-ci il tarixində sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. Bu gün isə saat 07:50 radələrində sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.

“Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Qərargah tərəfindən yaradılmış növbətçilik əsasında mütəmadi müşahidələr aparılır”, - məlumatda qeyd edilib.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova Modern.az-a bildirib ki, sürüşmənin səbəbi yerin altındakı gil süxurlarına suyun hopmasıdır:

“Ümumiyyətlə, Yer kürəsində su səviyyəsi qalxdığına görə tərkibində gil təbəqəsi olan torpaqlarda sürüşmə yaşanır. Abşeron yarımadasında dənizə yaxın hissələr hamısı 7 metrlik gil süxurlarının üzərində dayanıb.

İnsanlar oradan mütləq köçürülməlidir. Üstəlik sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək. Hesab edirəm ki, Abşeron yarımadasının dənizə yaxın hissələrində təhlükə çoxdur”.

Z.Budaqovanın sözlərinə görə, keçmişdə insanlar bilirdi ki, hansı tərəfdə yaşayış olar, harada olmaz.

“Bayılda XX əsrin əvvəllərində sürgünə göndərilmiş, evsiz insanlar, Rusiyadan, başqa ölkələrdən qaçıb Azərbaycana gələnlər, həbsxanadan qaçanlar, məcburi köçkünlər evlər tikib yaşayırdılar. Orada türmələr olub, müvəqqəti məhbusları saxlayırdılar. Sonralar isə Bayılda daha da iri binalar tikdilər”.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az