Kemerovoda iki nəfər donaraq ölüb

Rusiyanın Sibir hissəsində tüğyan edən dəhşətli soyuqlar iki nəfərin donaraq ölməsinə səbəb olub.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kemerovada dəhşətli soyuqlar nəticəsində gün ərzində 22nəfər donvurma ilə bağlı vilayət Səhiyyə Mərkəzinə müraciət edib. Onlardan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Kemerovo Səhiyyə Mərkəzinin məlumatına görə, 50 dərəcədən yuxarı şaxtalar nəticəsində donvurmadan zərər çəkənlərin sayı artmaqda davam edir: "Yurqe və Kemerovo şəhərlərində iki nəfər donvurmadan ölüb. Həkimlərimiizn səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmadı. Gün ərzində donvurmadan bizə müraciət edən 22 nəfərə isə tibbi yardım göstərmişik".

Öz növbəsində Rusiya Fövqəladə Hallar Nazirliyi Sibirin 4 regionunda dəhşətli şaxtaların hələ bir müddət davam edəcəyi, havanın temperaturunin mənfi 55-60 dərəcəyə qədər düşə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az