Xudatda partlayış: Yaralılardan biri Bakıya gətirildi

Dekabrın 6-sı axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində ikimərtəbəli yaşayış evində partlayış baş verib.

Qaz sızması səbəbindən baş verən partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb. Yaralılar 43 yaşlı Xudat şəhər sakini David Əlimuradov və onun bibisi Sumqayıt şəhər sakini 56 yaşlı Qətibə Teymurova təcili-tibbi yardım maşını ilə XaçmazRayon Mərkəzi Xəstəxanasına çatdırılblar.

 

İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan D.Əlimuradov Bakı şəhərində yerləşən tibb müəssisəsinə göndərilib. Yaralı partlayış zamanı bədəninin bütün hissələrindən yanıq xəsarətləri alıb. Q.Teymurova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisə baş verən zaman Davidin anası Dəstəgül Əlimuradova da evdə olub. Onun sözlərinə görə, yataq otağında olan oğlu alışqanı yandıran zaman anidən partlayış baş verib. Partlayşın gücündən divarlara, pəncərələrə və evdəki bütün məişət avadanlıqlarına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.AzərTac

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az