“Real” Çempionlar Liqasını qazansa...

İspaniyanın “Atletiko” klubunun Avropa Liqasının qalibi olması UEFA Superkubokunda tarixi hadisənin gerçəkləşməsi ehtimalı yaradıb. Mediainfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunun üçün Çempionlar Liqasının (ÇL) finalında da “Real”ın qələbə qazanması lazımdı.

“Kral klubu” “Liverpul”la mayın 26-dakı görüşdə qalib gəlsə, Superkubok matçında “Real”la “Atletiko” üz-üzə gələcək. Bu isə yarışın tarixində ilk hal olacaq ki, eyni şəhər təmsilçiləri qarşılaşacaq.

İndiyədək Superkubokda heç vaxt eyni şəhər komandaları üz-üzə gəlməyib. Düzdü, 6 dəfə eyni ölkə klublarının dueli qeydə alınıb. İtaliyalılar 1989/90 (“Milan” – “Sampdoriya”), 1992/93 (“Parma” – “Milan”), ispaniyalılar 2005/06, 2014/15 (hər ikisi “Barselona” – “Sevilya”), 2013/14, 2015/16 (hər ikisi “Real” – “Sevilya”) mövsümlərində cütlük təşkil edib.

Qeyd edək ki, Superkubok oyunu avqustun 15-də Estoniyanın paytaxtı Tallində keçiriləcək.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2018

25.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az