"İngilisləri öldürdük, Fransadan qisas alaq!"

 "Bu oyunu izləmək xoş oldu. Xüsusən, ikinci hissəni və əlavə vaxtı. Biz ingilisləri "öldürdük"! Qoy, bütün Xorvatiya xoşbəxt və məmnun olsun".

Mediainfo.az-ın "Report"a istinadən məlumatına görə, bunu Xorvatiya milli komandasının sabiq futbolçusu Robert Prosineçki Rusiyadakı dünya çempionatının yarımfinalında İngiltərə üzərində əlavə vaxtda əldə etdikləri 2:1 hesablı qələbə barədə danışarkən deyib. Hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Azərbaycan millisinin sabiq baş məşqçisi Xorvatiya yığmasını finalda Fransadan intiqam almağa çağırıb: "Biz indi birinci olmaq istəyirik. Gəlin, DÇ-1998-in yarımfinalındakı məğlubiyyətin qisasını alaq".

49 yaşlı mütəxəssisin fikrincə, hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək asan deyil. O, Xorvatiya yığmasının daha yaxşı formada və 120 dəqiqə mübarizə aparmağa hazır olması səbəbindən qələbə qazandığını bildirib.

Prosineçkinin sözlərinə görə, hazırkı nəsil Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcək: "Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır".

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, futbolçu kimi 1998-ci il dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yığması yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub. DÇ-2018-də iki komanda arasında final görüşü iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.   

Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az