"Çelsi" yeni baş məşqçinin rəhbərliyi altında çempionatda ilk qələbəsini qazanıb

 Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının birinci dövrəsi çərçivəsində "Haddersfild Taun" komandası ilə keçirdiyi matçda böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, "Con Smits" stadionunda keçirilən görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Zadəganlar" qələbəni N'Qolo Kante, Pedro və Jorjinyonun vurduğu qollar sayəsində bayram ediblər.

Bu, London klubunun yeni italiyalı baş məşqçisi Mauritsio Sarrinin İngiltərə çempionatında ilk oyunu olub.

"Çelsi" növbəti turda öz meydanında "Arsenal"ı qəbul edəcək, "Haddersfild" isə hazırkı çempion "Mançester Siti" ilə qarşılaşacaq.

Digər oyunlarda "Tottenhem Hotspur" "Nyukasl Yunayted"i (2:1), "Bornmut" "Kardiff Siti"ni (2:0), "Fulhem" isə "Kristal Pelas"ı (2:0) məğlub edib.

"Mançester Yunayted" mövsümün ilk oyununda "Lester" üzərində qələbə qazanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az