199 nömrəli müntəzəm marşrut xəttində gediş haqqı “BakıKart”la ödəniləcək

199 nömrəli müntəzəm marşrut xəttində “BakıKart” sistemi tətbiq edilir.

Mediainfo.az saytının verdiyi xəbərə görə, bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Belə ki, 14.07.2018 tarixindən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Gediş haqlarının “Bakıkart” vasitəsilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.

Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatır.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az