Azərbaycan və İran birgə peyk istehsalını planlaşdırır

Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib.

Bunu Trend-ə açıqlamasında İranın Rabitə və İnformasiya naziri Məhəmməd Cavad Azəri Cəhrumi deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında peyk rabitəsi sahəsində sıx əməkdaşlıq yaradılıb.

Nazir həmçinin poçt rabitəsi sahəsində əməkdaşlığın genişlənməsini qeyd edib:

“Gələcəkdə biz poçt maliyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsini planlaşdırırıq”.

Bundan başqa, nazirin sözlərinə görə, azərbaycanlı həmkarı ilə növbəti görüşü çərçivəsində o, TASIM fiber-optik label magistralının tikintisi üzrə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az