İki yaşlı körpəni zorlayan, sonradan boğaraq çaya atan cani həbs edildi

O, 10 il Günəş görməyəcək

Şirvan Apellyasiya Məhkəməsində iki yaşlı  uşağı qətlə yetirməkdə təqsirləndirilən Masallı rayon sakini Ramil İsrafilovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.Apa-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.İttihama görə, Masallı rayonunun Lürən kənd sakini R. İsrafilov  yaxın qohumu və qonşusunun 2 yaşlı qızı Nuray Ağayeva ilə cinsi əlaqədə olub. Daha sonra qızı boğaraq qətlə yetirib. O, qızı qətlə yetirəndən sonra "Viləşçay" su kanalına atıb. Hadisədən iki saat sonra kənd sakinləri azyaşlı qızı "Viləşçay" kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

 

O.M.

Oxşar xəbərlər
Çox oxunan xəbərlər
Son xəbərlər

29.08.2014

28.08.2014

Müsahibələr
Arxiv
Avqust 2014
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31













free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2013 (c) Mediainfo.az | Rss | E-mail: info@mediainfo.az
Created by NetService.az