Gəncə hadisələrinin iştirakçısı olan daha bir nəfər məhv edildi

Bu ilin iyul ayının 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələrində yaxından iştirak etmiş şəxslərin hüquq mühafizə orqanları tərəfindən axtarış-əməliyyat tədbirləri davam etdirilir. Bu vaxta kimi sözügedən cinayətdə iştirak etmiş bir neçə şəxs DİN və DTX-nın xüsusi təyinatlılarının keçirdiyi əməliyyatlar zamanı məhv edilib. Musavat.com-un əldə etdiyi məlumata görə, bu günlərdə DİN-in xüsusi əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin ən fəal iştirakçılarından biri, təqsirləndiilən şəxs qismində axtarışda olan Gəncə şəhər sakini Rəhimov Muraz Çapay oğlunun Sumqayıt şəhərində gizləndiyi yer müəyyən edilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi tələbə məhəl qoymayan M.Rəhimov, əksinə, polislərə odlu silahdan atəş açaraq, müqavimət göstərib. Xidməti silahdan istifadə edən polis əməkdaşları cavab atəşilə onu məhv ediblər. Hadisə yerinə və meyitə baxış zamanı M.Rəhimovun üzərindən bir ədəd tapança və həmin silaha aid sursat aşkar edilərək maddi sübut kimi götürülüb.
Çox oxunan xəbərlər
Son xəbərlər

17.08.2018

16.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az