Bu il inzibati xəta törədən 18 303 nəfər məsuliyyətə cəlb olunub

“Bu ilin 8 ayı ərzində ictimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif inzibati xəta törətdiklərinə görə post-patrul xidmətinin əməkdaşları tərəfindən 18 303 şəxs saxlanılaraq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunub”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində (DİN) “Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində bayır xidmətinin fəaliyyətinin təşkili üzrə görülən işlər”in və “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışın”ın vəziyyətinə həsr olunan geniş kollegiya iclasında DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov deyib.

O bildirib ki, yol hərəkəti qaydalarını pozan piyadalar barədə 3 138 protokol tərtib edilib.

Qeyd olunub ki, ölkədə aparılan hüquqi islahatlar çərçivəsində bayır xidmətlərinin də fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində rolunun artırılması daim DİN rəhbərliyinin diqqət mərkəzində olub. 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2018

18.11.2018

17.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az