Londonda 21 milyon dollar xərcləyən Zamirə Hacıyeva Azərbaycana ekstradisiya oluna bilər

Milli Məclisin deputatı Fərəc Quliyev Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda 21 milyon dollar vəsaiti xərcləməsindən danışıb.

F.Quliyev "Ölkə.Az-a açıqlamasında deyib ki, bütün hallarda Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilməsinə çalışılmalıdır:

"Çünki külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktı ortaya çıxıb. Bu isə çox pis ənənənə yarada bilər. Mən qadının arxasınca danışmağı sevmirəm. Amma hər halda bu cür xoşagəlməz ənənələr davam etməsin deyə, bu cür halların qarşısını almaq üçün Zamirə Hacıyevanın Azərbaycana gətirilməsi vacibdir. Mətbuatdan da oxuyuram ki, Zamirə Hacıyeva həmin vəsaitin guya dövlətdən oğurlanmadığı iddiasını Böyük Britaniya məhkəməsinə sübut edə bilməyib. Onun xarici banklarda saxladığı külli miqdarda vəsaitlər var ki, o pulların Azərbaycana qaytarılması üçün ciddi addımlar atılmalıdır. O vəsaitlər müsadirə olunaraq ölkəyə gətirilməlidir. Hesab edirəm ki, müvafiq icra strukturları bu işlə məşğul olmalıdır".

Deputat qeyd edib ki, korrupsiya yolu ilə oğurlanan dövlət vəsaitlərinin büdcəyə qaytarılması ilə bağlı da bir sıra əlavə və dəyişikliklərə ehtiyac var:

"Mən bu məsələyə Milli Məclisin iclasında da toxunmuşam. Cinayət yolları ilə əldə edilən vəsaitlərlə bağlı danışan zaman bildirmişəm ki, büdcə müzakirələri zamanı "büdcəyə daxil olmalar" adlanan paraqraf əlavə edilsin. Orada isə korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin geri qaytarılması təmin olunsun. Konkret misal göstərirəm ki, Azərbaycan Beynəlxalq Bankından külli miqdarda vəsaitlər oğurlanıb. Bu və ya digər korrupsiya yolu ilə oğurlanan vəsaitlərlə bağlı məhkəmə prosesləri gedir. Ona görə də həmin vəsaitlərin geri qaytarılması təmin olunmalıdır. Əgər bu addım atılarsa, bu, həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanar. Çünki həmin vəsaitlər xalqın cibindən oğurlanıb. Həmin vəsaitlər geri qaytarılmalıdır, mülklər müsadirə edilməlidir, bundan sonra isə şəffaf şəkildə büdcəyə əlavə olunmalıdır. İndiyədək bu vəsaitlərin hara xərclənməsi bəlli deyildisə, bundan sonra həmin vəsaitlərin sərfolunma yeri göstərilməlidir. Bunun üçün də Azərbaycanın Dövlət Büdcəsində "korrupsiya yolu ilə əldə olunan vəsaitlərin qaytarılması" adlı xüsusi paraqraf olmalıdır. Bu da büdcə daxilolmasında göstərilməlidir". 

 

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun tələbilə məhkəməyə verilib.

O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirlir.

Zamirə Hacıyeva həmin mülkləri korrupsiya yolu ilə əldə etməkdə ittiham olunur. 

İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2018

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az