Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21044" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində "Enigma Fireworks" yazısı olan 760 ədəd və "Corsar" yazısı olan 1560 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az