Bağırovun vəzifə təklifini rədd edib həbsdə qalan, müstəntiqin gözünü çıxaran fədai

Gizli Musavata rəhbərlik etmiş Dadaş Həsənovun fəaliyyəti haqqında onun bacısı Pəri Həsənova (1908 - 1992) da xatirələrini danışıb.
 
O,  Sovet dövründə nəvələrinə qardaşının gizli “Müsavatın” rəhbəri olması və M.Rəsulzadənin qaçırılması əməliyyatında iştirak etməsi, evlərində müsavatçıların yığıncaqlarının keçirilməsi haqqında bəhs edərdi. 
Pəri Həsənova xatirələrində qardaşının maarifçilik fəaliyyətindən də bəhs edib. 
 
Onun dediklərinə görə, D. Həsənov evində kəndlərdən gəlmiş gəncləri yığaraq, onlara vətənpərvərlik ruhunda mühazirələr oxumuşdur. Bir dəfə Pəri xanım ona savadsız və nadan adamların nə üçün evlərinə 
gətirdiyindən narazılıq edərkən cavabında Dadaş bəy acıqlanaraq ona “biz hamımız millətimizin səviyyəsinin qaldırılması üçün iş görməli, onlar haqqında aşağılayıcı sözlər deməməliyik!” söyləyir.
 
Bacısının xatirələrinə görə, Dadaş bəy hansısa Sovet hökumətinə məxsus obyektlərin birinin ya da bir neçəsinin partladılmasında da iştirak etmişdir. Bunu da təsdiq edən başqa mənbələrə rast gəlmək olmur. Bu hadisələr olsaydı, çox güman ki, 1922-ci ilə qədər baş verməli idi, çünki o zaman Azərbaycanın SSRİ tərkibinə girməsinə etiraz olaraq ölkədə üsyanlar başlamışdır, xüsusən də Bakıda çoxlu strateji obyektlər, sıradan çıxarılır.
İsmayıl Saryal yazır ki, dindirilmələrin birində D. Həsənov bir müstəntiqin üzünə mürəkkəbqabı ilə zərbə endirərək onun gözünü çıxarır. Həmin olayı Pəri xanım da söyləyərək o müstəntiqin kim olmasına da aydınlıq gətirib, onun istintaq sənədlərində adı keçən Jukov olduğunu iddia edib. Onun sözlərinə görə, Dadaş bəyin anası Güllü xanım onunla həbsxanaya görüşə gələndə bir zabitin gözünün sarğılı olduğuna diqqət edib.
 
Daha sonra Pəri xanımın xatirələrinə görə, M. C. Bağırovu yaxşı tanıyan bir qohumu Dadaş bəyin cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gedir. 
 Bir müddət sonra, M. C. Bağırov onu yanına çağırıb tapançasını qabağına qoyaraq demişdir ki, onu vurub öldürə bilər, ancaq bir daha D. Həsənovun cəzasını yüngülləşdirmək xahişi ilə onun yanına gəlməsin. Bağırovun sözlərinə görə, o Dadaş bəylə söhbət edib, ona əksinqilabi fəaliyyətə son qoymaq şərti ilə tibb müəssisələrinin birində müdir vəzifəsini və hər cür imtiyazları təklif etmişdir. Ancaq cavabında Dadaş bəy onun təklifini rədd edərək, Sovet hökumətini tanımadığını və bu dövlətlə heç bir sövdələşməyə getməyəcəyini söyləyir.
Pəri Həsənova qardaşı ilə həbsxanaya görüşə gedəndə onun məhbus şəkillərini uzun saçları arasında gizlədərək oradan çıxarda bilib. Təhlükələrə baxmayaraq, qardaşının bütün fotoşəkillərini və sənədlərini repressiyaların ən şiddətli illərində belə qoruyub saxlayır.(moderator.az)
Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2018

18.11.2018

17.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az