Lənkəranda Əbabil quşu tapılıb

Lənkəranda Əbabil quşu tapılıb - FOTO

Lənkəranda dünyanın ən nadir canlılarından biri - Əbabil quşu tapılıb. 

ONA-nın cənub bürosunun məlumatına görə, məşhur Əbabil quşları Rzayevlər ailəsinin evinə pənah gətirib.

Ev sahibi Elmira Rzayeva deyir ki, bir gün evə gələndə üç Əbabil quşu pilləkənlərdə oturaq halda onu qarşılayıb. Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar.

Bu quşlar haqqında Qurani-Kərimdə "Fil" surəsində də məlumat verilib. Surəni təfsir edən alimlərin bir çoxunun fikrincə, Məkkəyə hücum edən fil ordusunu məhz Əbabil quşları məhv edib.

Qeyd edək ki, Əbabil - sağangillər dəstəsinə mənsub olan 16-17 sm bədən uzunluğuna malik qaranquşa bənzər bir quş növüdür. Orta ömrü 27 il olan Əbabillər köçəri quşlar sinfinə daxildir.Əbabili qaranquşdan ayıran ən əsas özəlliyi onun bədən quruluşunun daha böyük olması və yüksəklikdə uçmasıdır. Əbabillər köçəri quşlar sinfinə daxildir. Qanadları uzun və qövsvaridir. Sürü halında səs-küy yaradaraq yaşayarlar. Digər quşlar kimi ayaq üstə dik şəkildə dura bilməzlər. Ən çox qəhvəyi rəngdə olurlar. Gecə-gündüz havada qalar və uçarkən yatarlar. Ömürlərinin 80%-dən çoxunu uçaraq keçirərlər. Bu quşlar yalnız qidalanmaq və nəsil artırmaq üçün yerə enirlər. Miqrasiya zamanı çoxlu sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalıb və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur. 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.05.2019

21.05.2019

20.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az