İran qonşu ölkələri susuz və işıqsız qoydu

İran Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırıb. 

Bu barədə İranın enerji naziri Rza Ərdəkaniyan bəyan edib. O, bildirib ki, bu qərarın səbəbi ölkədəki mövcus su və elektrik problemilə bağlıdır.
"İxracatın davam etdiriləcəyi təqdirdə, bu sahələrdə daxili təchizatda daha çox kəsintilər ortaya çıxacaq. Hazırda su və elektrik ixracatımızı sıfır səviyyəsinə endirmişik", - deyə Ərdəkaniyan bildirib. 

O, vurğulayıb ki, İrandakı su və elektrik məsələsi qarışıq bir problemə çevrilib. Ərdəkaniyanın sözlərinə görə, bəzi qüvvələr su və elektrik problemindən İranxalqını təxribata təhrik etmək üçün istifadə etməyə çalışırlar. Bu səbəbdən də, həssas və təhlükəli olan məqamda xalq səbirli olmalı və problemlərin aradan qaldırılması üçün hər kəs birgə səy göstərməlidir. 

İranın enerji naziri onu da bildirirb ki, mövcud problemlərin dəf edilməsi üçün hökumət iqlim və hava şərtlərinə uyğun tədbirlər həyata keçiriləcək. Azvision.az
Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2018

24.09.2018

23.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az