“Ölkədə qarpızdan kütləvi zəhərlənmə halları çoxalıb”

Ölkə ərazisində qarpızdan zəhərlənmə halları yenidən müşahidə olunub. Bu yaxında Neftçala rayonunda ana və qızı qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 
 
Mediainfo.az-ın verdiyi xəbərə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov moderator.az-a açıqlamasında bildirdi ki, ölkədə qarpızdan kütləvi zəhərlənmə halları çoxalıb:
 
“Qarpızdan zəhərlənmə halları özünü on saat sonra biruzə verir. Əhalinin qarpızdan zəhərlənmə haqqında maariflənməsinə ehtiyac var. Ölkədə qarpızdan kütləvi zəhərlənmə halları var. Bizə yazılı müraciətlər olmasa da,  çoxlu sayda telefon zəngləri daxil olub. Dörd ildir ki, bizdə olan cihazla işlər aparırıq və müəyyənləşdirmişik ki, ölkə bazarında olan qarpız və yemişin tərkibində nitratların sayı normadan təxminən iki dəfə çoxdur. Ən sağlam adamın yediyi qarpızın tərkibində beş yüz milliqram nitrat olarsa, zəhərlənə bilər. Biz müşahidə etmişik ki, qarpızların tərkibində iki yüz, üç yüz milliqram nitrat var və əgər insan bu qarpızdan iki kiloqram yeyərsə, zəhərlənə bilər. Bütün ölkə ərazisində qarpız və yemişlə bağlı vəziyyət gərgindir”.
Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az