Aİ Nümayəndəliyi çimərliyi təmizlədi

 Sentyabrın 15-də qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günündə Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, EkoSfera Sosial və Ekoloji Mərkəzinin dəstəyi ilə Avropa İttifaqına Üzv Dövlətlərin Səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlarını çimərliyin təmizlənməsi kampaniyası üçün səfərbər edib.

Mediainfo.az-a Aİ-nin Bakı ofisindən verilən məlumata görə, diplomatik icmanın 200-dən artıq nümayəndəsi və onların ailə üzvləri Bakının Novxanı qəsəbəsindəki çimərliklərin birini təmizləməklə kampaniyaya qoşulublar.

Azərbaycan-Fransız Universitetinin tələbələri, Açıq Qonşuluq layihəsi tərəfindən idarə olunan "Gənc Avropa Səfirləri" şəbəkəsinin iştirakçıları, Aİ Nümayəndəliyinin təşkil etdiyi Avropa Məktəblərinin keçmiş tələbələri də təşəbbüsə qoşulublar.

"Çimərliyin çirklənməsi hər birimizi narahat edir, bu, hər birimizin töhfə etdiyimiz bir problemdir, bu məsələni birlikdə həll etməyimiz daha ədalətli olar. Bu səbəbdən də dənizin zibillənməsinin təsirləri barədə məlumatlandırmanı artırmaq üçün bu gün burada bir araya gəlmişik, dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənməkdən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq", -deyə Aİ Nümayəndəliyinin rəhbəri Səfir Kəstutis Yankauskas bildirib.

Qeyd edək ki, Aİ Nümayəndəliyi #AİÇimərliyinTəmizlənməsi Kampaniyasına bütün dünyada qoşulmuş 40 Nümayəndəlikdən biridir.

Bəzi maraqlı faktlar:

-Dənizdə olan zibillərin təxminən 95% okeanın dibinə çökür, dəniz yanağına, fauna və floraya zərər vurur. Dəniz zibilin yalnız 5%-ni sahilə vurub çıxarır.

-Aİ-da sahilyanı zibilliklərin 80-85% plastikdən ibarətdir. Sahildə olan plastik zibillərin təxminən 50% bir dəfə istifadə edilən plastikdir (plastik torbalar, plastik çəngəl-bıxaq, salfet və yemək qabları, fincan və s.)

-Hər il 8 milyon plastik dənizə atılır. Onun çürüməsi yüz illər çəkir, zibil xırda hissələrə parçalanır və sonda bizim qida zəncirinə daxil olur.

- BMT-nin Ətraf Mühit proqramı plastik zibilliklərin dəniz eko-sistemlərinin cəmi təbii kapitalına vurduğu zərəri illik olaraq 13 milyard ABŞ dolları dəyərində hesablamışdır.

- 29-30 oktyabrda ümumdünya okean liderləri Balidə keçiriləcək 5-ci #OurOcean konfransında bir araya gələcəklər. Aİ həm daxildə, həm də xaricdə daha sağlam və ekoloji daha təmiz okean və çiçəklənən sahilyanı icmalar naminə işləməyə qərarlıdır. 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2018

24.09.2018

23.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az