Məktəblərdə rus dili xarici dil kimi tədris edilməlidir

Bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayı çoxdur. Bu, məni narahat edən məsələdir. Hesab edirəm ki, bu, kökündən yanlış meyildir və qarşısı alınmalıdır. Mən Azərbaycan məktəblərində əsla rus dilinin tədris olunmasına qarşı deyiləm.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputatı Gövhər Baxşəliyeva deyib. Deputat əlavə edib ki, Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri və yüksək münasibətləri var:

“Amma rus dili xarici dil kimi tədris edilməlidir. Məktəblərdə rus dilinin tədrisi saatları artırıla bilər. Amma bütövlükdə birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır. Cənubi Azərbaycanda 35 milyon əhali ana dili təhsili uğrunda mübarizə aparır, amma biz sanki könüllü şəkildə ana dilindən imtina edirik. Hesab edirəm ki, birinci sinifdə təhsil dili ana dilində olmalıdır”.(axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2018

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az