Məşhur aktrisa Amaliya Pənahova dünyasını dəyişib

Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasınıl dəyişıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə mərhumun yaxını Əməkdar artist Hüsniyyə Mürvətova öz feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci ildə Gəncədə anadan olub, 1966-cı ildə isə M, A Əliyev adına Azərbaycan Dövlət Tetar İnstitunu  Dram və kino aktyorluğu ixtisası üzrə başa vurub.

Həyatını teatra həsr edən Amaliya Pənahova yadda qalan çoxsaylı rollarda, o cümlədən  Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza obrazlarında çıxış edib. 

Teatr sahəsindəki xidmətlətinə görə A.Pənahova 1974-cü ildə Əməkdar artist,1985-ci ildə əsə Xalq artisti adına layiq görülüb. 2015-ci il iyun ayının 17-də isə Amaliya Pənahova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.04.2019

18.04.2019

17.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az