16 nəfər "Laura" qasırğasının qurbanı olub

16 nəfər  "Laura" qasırğasının qurbanı olub

ABŞ-ın Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 16-ya çatıb.

Mediainfo.az xəbər verir ki, bu barədə Luiziana Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölənlər 84 yaşlı kişi və 80 yaşlı qadındır: Qasırğanın yaratdığı fəsadlar səbəbindən elektrik generatoru düzgün işləməyib və nəticədə yaranan dəm qazı hər iki şəxsin həyatına son qoyub”.

Qeyd edək ki, Texas, Luiziana və Arkanzasda 508,6 mindən çox sakin işıqsız qalıb.

Küləyin sürətinin təqribən, 17.5 m/s-yə çatdığı bildirilir.

Xatırladaq ki, ötən gecə fəlakət nəticəsində 14 nəfər dünyasını dəyişmişdi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az