Rusiyada baş vermiş yanğın zamanı 5 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 5 nəfər ölüb

Mahaçqalada beşmərtəbəli binada baş verən yanğın nəticəsində beş nəfər ölüb.

Mediainfo.az xəbər verir ki, bu barədə “TASS”-a Rusiya Federasiyası İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidmətindən bildirilib.

“İlkin məlumata görə, Mahaçqalada beşmərtəbəli binada iki mənzildə baş verən yanğın nəticəsində beş nəfər ölüb”, - məlumatda belə deyilir.

Bildirilir ki, ölənlər bir qadın və dörd uşaqdır. Yanğının baş verdiyi ünvanda Rusiyanın İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri çalışır. Hadisənin səbəbi, ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az