Dəhşətli qəza: Müğənni Aslan Hüseynov dünyasını dəyişdi

Dəhşətli qəza: Müğənni Aslan Hüseynov dünyasını dəyişdi

Müğənni Aslan Hüseynov vəfat edib.

Mediainfo.az xəbər verir ki, onun avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilir.

Müğənni İbrahim Borçalı saytımıza açıqlamasında deyib ki, Aslan Hüseynovun idarə etdiyi avtomobil qarşıdan gələn "Kamaz" markalı yük maşını ilə toqquşub:

"Aslan Hüsyenov Gəncədən, anasının 7 mərasimindən qayıdarkən Qaradağ rayonu ərazisində qəzaya uğrayıb və dünyasını dəyişib".

İ.Borçalı həmkarının dəfn mərasimində iştirak üçün yola düşdüyünü də bildirib.

Qeyd edək ki, A.Hüseynovun avtomobilində daha bir sərnişin olduğu və onun da dünyasını dəyişdiyi bildirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az