DİN müğənni Aslan Hüseynovun öldüyü qəza ilə bağlı məlumat yaydı

DİN müğənni Aslan Hüseynovun öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aslan Hüseynovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Mediainfo.az-a DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi BMW markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub. Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az