Böyük Britaniya səfiri media nümayəndələri ilə görüş keçirib

Böyük Britaniya səfiri media nümayəndələri ilə görüş keçirib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə media rəhbərləri və nümayəndələri ilə görüş keçirib.

Apa-nın məlumatına görə, görüşdə çıxış edən səfir deyib ki, UNESCO-nun Baş Konfransının işinin nəticəsində 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib. Səfir qeyd edib ki, Azərbaycan bu gün UNESCO-nun fəal üzvüdür. K. Krofts bu qurumun baş katibi vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyinin irəli sürüldüyünü xatırladıb.

Diplomat bildirib ki, indiki çətin dövrdə azad, keyfiyyətli jurnalistikanın gücləndirilməsi həyati əhəmiyyət daşıyır.

Tədbirdə media nümayəndələri də çıxış edərək mətbuat azadlığının əhəmiyyətindən danışıblar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az