Bakıda ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminar keçirilir

Bakıda ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminar keçirilir

Bu gün Səhiyyə Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə Bakıda "Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair" adlı seminar keçirilir. Apa-nın xəbərinə görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun vaxtından əvvəl doğulan və yeni doğulanların patologiyası bölməsinin rəhbəri Mahirə Əfəndiyeva bildirib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir. Onun sözlərinə görə, körpəni ilkin olaraq 6 ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır.

Ana südü ilə qidalanmanın bir çox üstünlüklərinin olduğunu deyən M.Əfəndiyeva qeyd edib ki, həmin uşaqların zahiri görünüşü, səsləri, ağlamaları, tələbləri fərqlənir: "Ana südü ilə qidalanan uşaqlar xəstələnən zaman daha tez sağalır, proqnozu yaxşı olur, onlarda ölüm halları az təsadüf olunur. Son illər respublikada beynəlxalq diri doğulmanın meyarları tətbiq olunur. Bətndaxili yaşı 22 həftə, çəkisi 500 qram olan körpə yeni doğulan hesab olunur. Belə uşaqların saxlanması üçün yüksək ixtisaslı tibbi vasitələrlə yanaşı ana südü də vacibdir. Hər bir ana süd ilə qidalanmanın əhəmiyyəti bilsə, onu ancaq süd ilə qidalandırar".

M.Əfəndiyeva qeyd edib ki, süd bəzən obyektiv, bəzən isə və subyektiv səbəblərdən olmaya bilər. Onun sözlərinə görə, 3-5% ananın südü olmur: "Ananın sağlamlığı ilə bağlı olan məsələlər nəticəsində körpələr südü qəbul edə bilmir. Belə hallarda körpəni ac saxlamaq olmaz və süni qida vermək olar. Əgər bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin aparılması düzgün həyata keçirilərsə, o zaman uşaqları daha çox ana südü ilə qidalandırmaq mümkün olar".

Azərbaycan Tibb Universitetinin dosenti Səidə Məmmədova bildirib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir. Onu sözlərinə görə, qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalıdır.

Bakıdakı 2 nömrəli Doğum evinin baş həkimi Mehriban Abbasquliyeva isə deyib ki, əmizdirmə proqramı uzun illərdir Azərbaycan tətbiq olunur. Onun sözlərinə görə, Azərbaycan ailələri südlə qidalandırma ənənəsinə sadiqdir: "Bu gün süni qidaların geniş təbliğatı aparılır. Körpənin süni qida ilə qidalanmaq üçün mütləq tibbi göstərişlər olmalıdır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az