Komitə sədri: "Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdır"

Komitə sədri: "Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdır"

"Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə nəzər salanda qadınlarımızın kişilərlə birlikdə at çapdıqlarını, ox atdıqlarının şahidi olmuşuq. Zaman keçdikcə qadınlar bu streotipi qırmağı bacardılar".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanın qadın idmançıları bir çox beynəlxalq yarışlarda ilk yerləri tutublar: "Qadınların fiziki fəallığı kişilərə nisbətən az olsa da, gələcək sağlam nəslin yetişməsinə şərait yaratmış olur".

"Bəzən komitəyə qadın sonsuzluğunun artması və buna səbəb kimi qadınların fiziki sağlamlığının yaxşı olmaması ilə bağlı müraciətlər daxil olur. İdmanla məşğul olmaq üçün cəmiyyətin valideynlərin düşüncə tərzlərini inkişaf etdirmək lazımdır. Qadınlar sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamalıdırlar" - H.Hüseynova əlavə edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az