Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Beyləqanda vətəndaşları qəbul edib.

Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Gənclər Mərkəzində keçirilən, nazirliyin müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az