Nazir MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edir

Nazir MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edir

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edib.

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazir bu barədə "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında bildirib.

"Son 10 ildə şriftlərin latın və ərəb əlifbasına keçməsi çox böyük mövzu olub. Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq. Bu kiril əlifbasıdır. Sorğular göstərir ki, bizim əhalimiz və yaxın çevrədə yaşayan insanlar onsuz da kiril əlifbasına keçidi vacib sayırlar", - deyə o qeyd edib.

O. Vasilyevanın sözlərinə görə, Rusiya kiril əlifbasının yayılması məsələsində mövqeyini qorumalıdır: "Baxmayaraq ki, son iki onillikdə bu mövqe bir az zəifləyib".

Qeyd edək ki, SSRİ-nın süqutundan sonra Azərbaycan, Türkmənistan və Özbəkistan kiril əlifbasından latın əlifbasına keçib. Bir müddət öncə isə Qazaxıstan hakimiyyəti ölkənin 2025-ci ilə kimi tamamilə latın əlifbasına keçəcəyini açıqlayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az