Saçlarınızı qorumağın yolları

Saçlarınızı qorumağın yolları

Həm kişilərin, həm də qadınların xarici görünüşündə ən çox önəm verdikləri yer saçlarıdır. Sağlam və güclü saçlara sahib olmaq isə hər kəsin arzusudur.

Metbuat.az xəbər verir ki, təqdim edəcəyimiz bitki mənşəli yağlarla saçlarınızı daha da canlandıra bilərsiniz.

Şam yağı

Şam yağı saç köklərini qidalandıran xüsusi formula sahibdir. Antiseptik xüsusiyyəti ilə saçlarda zərərli bakteriyaların meydana gəlməsini əngəlləyir. 250 ml-lik şampun qabının içərisinə 10-15 damcı şam yağı əlavə edib istifadə edə bilərsiniz.

Sarımsaq yağı

Sarımsaq yağı saç tökülməsini yavaşladır, saç dərisi problemlərinə təbii antibiotik olaraq təsir edir. Yağı saça tətbiq etmək üçün bir yemək qaşığı sarımsaq yağı və bir yemək qaşığı şam yağını qarışdırın. Qarışığı saç köklərinizə masaj edərək tətbiq edin. Bu vəziyyətdə saçları yarım saat saxlayın və yuyun. Həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Arqan yağı

Tərkibindəki B və E vitaminləri sayəsində saçlara canlılıq və parlaqlıq verir.

Duşdan əvvəl saça tətbiq edərkən yağı isidib saça vurun və 1 saat saçınızda saxlayın.

Duşdan sonra saça tətbiq edərkən darağınıza bir neçə damcı arqan yağı vurub saç uclarınıza tətbiq edin.

Hindistan qozu yağı

Hindistan qozu yağı qidalandırıcı xüsusiyyəti ilə saça qulluq vasitələrində istifadə edilir. Yağı barmaq uclarınıza masaj edərək saç dibləri və saç dərinizə sürtün və 1-2 saat saxlayın. Daha sonra şampun vurub yaxalayın.

Əfqanə Səhər

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az