“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin (MM) bu gün keçirilən iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinə dəyişiklik layihəsi müzakirə olunub.

Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Təklifə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir".

Bununla da məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi hal və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur.

Layihə səsə qoyularaq qəbul olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az