Deputatlara və məmurlara yaltaqlığın qadağan olunması təklif edilib

Deputatlara və məmurlara yaltaqlığın qadağan olunması təklif edilib

"Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır".

Apa-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.

Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: "Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az