Ukraynadakı soydaşlarımız Kiyevdə BMT nümayəndiliyi qarşısında etiraz aksiyası keçiriblər

Ukraynadakı soydaşlarımız Kiyevdə BMT nümayəndiliyi qarşısında etiraz aksiyası keçiriblər

Ukraynadakı soydaşlarımız BMT-dən Qarabağla bağlı qəbul edilən qətnamələrin həyata keçirilməsini tələb edirlər

Ermənistanın Azərbaycanın Tovuz rayonunda həyata keçirdiyi təxribat hərəkətləri xaricdə yaşayan soydaşlarımız arasında böyük əks-sədaya səbəb olub. Bu müstəvidə də Ukraynada yaşayan azərbaycanlıları özündə birləşdirən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Kiyev ofisi qarşında aksiya keçirilib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, aksiyanın tələbi 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 894 saylı qətnamələrinin indiyədək yerinə yetirilməməsidi.
Aksiyaya Ukraynanın müxtəlif bölgələrindən gələn azərbaycanlılar qatılıb. Kiyev Azərbaycanlıları konqresinin sədri, tanınmış iş adamı və xeyriyyəçi Oleq Krapivin Tovuz rayonunda Ermənistan tərəfindən həyata keçirilən təxribatı pisləyib. O deyib ki, Azərbaycan torpaqlarının uzun illər Ermənistanın işğalı altında qalması yolverilməzdır və bu torpaqlar BMT-nin müvafiq qətnamələrinə uyğun şəkildə azad edilməlidir: "Biz Ukraynada yaşayan bütün azərbaycanlılar Dağlıq Qarabağla bağlı BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələrin yerinə yetirilməsini, Azərbaycan torpaqlarının azad edilməsini tələb edirik. Bu gün Kiyevdəki BMT nümayəndəliyinin qarşısına bu məqsədlə yığışmışıq və bu qurumdan Qarabağla bağlı qəbul edilən qətnamələrin həyata keçirilməsini, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edirik. Hamımız Ali Baş Komandan Prezident İlham Əliyevi dəstəkləyir və hər an onun komandanlığı altında torpaqlarımızı azad etməyə hazırıq . Biz gələcəkdə də bu cür etiraz aksiyalarını davam etdirmək niyyətindəyik. Bütün Ukrayna xalqı Azərbaycanın haqq işini müdafiə edir və Ermənistanın təxribatçılıq hərəkətlərini pisləyir".
Qeyd edək ki, təşkilatçılar öz tələblərini üç dildə, Azərbaycan, Ukrayna və İngilis dillərində BMT nin ofisinin əməkdaşlarına təqdim ediblər.
Murad Şahməmmədov

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az