Donald Trampın yenidən prezident seçilməsi ABŞ-ı və Avropanı uçuruma aparacaq

Donald Trampın yenidən prezident seçilməsi ABŞ-ı və Avropanı uçuruma aparacaq

ABŞ-da bu ilin noyabr ayının 3-də keçiriləcək prezident seçkilərinin nəticələri Avropanın və ABŞ-ın gələcək taleyinə aydınlıq gətirəcək.
ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin qarşıdan gələn prezident seçkilərində Birləşmiş Ştatların Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi rəsmən təsdiq edilib. O, demokratların ümummilli qurultayında daha çox səs toplayıb. Bununla yanaşı, Amerikanın hazırkı lideri Donald Tramp bildirib ki, hər iki aparıcı partiyadan olan namizədlər qələbə şanslarına, demək olar ki, bərabərdirlər, buna görə də ona "hər səs vacibdir". Politoloqların fikrincə ABŞ-da seçkilərin nəticəsi iqtisadiyyatın bərpası dinamikasından asılı olacaq.
Qeyd edək ki, bir neçə gün öncə Co Bayden rəsmi olaraq ABŞ-ın Dempartiyasından prezidentliyə namizəd seçilib. Partiyanın qurultayında səsvermənin nəticələri bunu göstərir.

"Məmnuniyyətlə sizə məlumat verirəm ki, eks vitse-prezident Co Bayden rəsmi olaraq Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd seçilib",- deyə qurultayın Təşkilat Komitəsinin rəhbəri, konqresmen Benni Tompson bildirib.
Co Bayden isə öz namizədliyini böyük şərəf adlandırıb.
Qurultayın gedişində Baydenin partiyalı həmkarları onun xeyrinə bir çox arqumentlər gətirdilər və bu onun xeyrinə işləyən amillərdən biri oldu.
Birləşmiş Ştatların eks-prezidenti Cimmi Karterin sözlərinə görə, Bayden ölkəni birləşdirmək və Amerikanın böyüklüyünü bərpa etmək üçün təcrübəyə və möhkəm xarakterə malikdir. Amerikanın daha bir sabiq lideri Bill Klinton isə öz növbəsində Baydenin məsuliyyəti başqalarının üzərinə atmayan insan olduğunu söyləyib.
Keçmiş dövlət katibi Con Kerrinin fikrincə, Baydenin mənəvi-əxlaqi hər zaman ona düzgün istiqamət seçməyə imkan verib. Siyasətçi qeyd edib ki, keçmiş vitse-prezident dünya problemlərindən heç birinin ölkələrin birləşməsi olmadan həll edilə bilməyəcəyini anlayır.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə nəzərdə tutulub. Bu kampaniyada Donald Tramp ilə rəqabət etmək hüququ uğrunda partiya daxilindəki mübarizədə Co Baydenin əsas rəqibləri senator Bernie Sanders və San Fransisconin keçmiş prokuroru Kamala Harris idi. Sonuncunu Bayden bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti vəzifəsinə namizəd kimi irəli sürüb.
Qeyd etmək lazımdır ki, demokratların qurultayında Baydenin siyasi fiqur kimi üstünlük qazandığını söyləməklə yanaşı, ABŞ-ın hazırkı prezidentinin ünvanına tənqidlər də aydın şəkildə səsləndirilib.
Belə ki, ABŞ-ın Baş prokuroru səlahiyyətlərini icra edən və vaxtı ilə Baş prokuror vəzifəsini icra edən Salli Yeyts bildirib ki, Donald Tramp hakimiyyətə gələndən sonra öz vəzifəsindən ölkənin maraqları üçün deyil, öz xeyrinə istifadə edib.
"O, vəzifəsindən qanunların aliliyini tapadalamaq, düşmənlərinə qarşı mübarizə aparmaq və dostlarını müdafiə etmək üçün istifadə edir".
Bill Klinton isə öz növbəsində Trampı məsuliyyəti başqalarını üzərinə qoymaqda ittiham edib.

"Donald Tramp deyir ki, biz dünya lideriyik. Doğrudur, biz sənaye cəhətdən inkişaf etmiş elə böyük dövlətik ki, işsizlik səviyyəsi üç dəfə artmışdır. Belə vaxtlarda oval kabinet komanda mərkəzi olmalıdır, amma əslində Ağ Ev fırtınaların mərkəzidir və orada xaos var. Ağ Evdə yalnız bir şey dəyişməz olaraq qalır: Məsuliyyətdən uzaqlaşmaq və günahı başqalarının üzərinə atmaq ", - deyə Klinton qeyd edib.

Con Kerri də Amerika liderini tənqid edib. "O, ölkəmizi müdafiə etmək istəmir. O, bizim hərbiçiləri necə qorumağı bilmir. Müdafiə etmək istədiyi yeganə şəxs onun özüdür", - deyə o bildirib. Kerri yəqin ki, bu sözləri deyərkən Amerika KİV-də ABŞ hərbçilərinə qarşı taliblərlə Rusiyanın sövdələşməsi barədə gedən məlumatların peyda olmasına işarə edib. Xatırladaq ki, müvafiq məlumatlar nə Vaşinqton, nə də Moskva tərəfindən təsdiqlənməyib.
Donald Tramp qeyd edib ki, Dempartlar Partiyasının Milli qurultayının reytinqinin yüksək səviyyədə olmasını arzulayır. Bununla yanaşı, o vurğulayıb ki, respublika və demokratik partiyalardan olan namizədlərin seçkidə qələbə qazanmaq şansları, demək olar ki, bərabər olacaq, buna görə də onun üçün hər səs vacibdir. "Xəstə olmayın, sayıq olun, son dərəcə ehtiyatlı olun. Gedin və maksimum səy göstərin. Sizin hər bir səsiniz bizim üçün əhəmiyyətlidir, çünki seçkilərdə mübarizə çox güman ki, gərgin olacaqdır. Mən həmişə şansların bərabər olacağını düşünürəm. Saxta KİV arsenalında ictimai rəyin reytinqini azaldan sorğular var ki, bu da demokratların respublikaçılara nisbətən daha çox olduğunu göstərir",- deyə Ağ Evin rəhbəri Arizona ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Trampın sözlərinə görə, əgər o, qalib gəlməsə, Baydenin planı ABŞ-a dünyanın bu günə kimi üzləşmədiyi qeyri-leqal immiqrasiya dalğası gətirəcək".

"Bu isə dəlilik deməkdir! Baydenin immiqrasiya planı ən radikal, ekstremal, tələsik hazırlanan təhlükəli və məhvedici plandır. Bu planın qarşısını almaq lazımdır və 3 noyabrda belə də olacaq!"- deyə prezident bildirib.

Bundan başqa, onun sözlərinə görə, Bayden qələbə qazanacağı təqdirdə əvvəlki administrasiyanın bütün nailiyyətlərinin üstündən xətt çəkəcək.
Əlbəttə, istənilən halda Trampın qələbə çalmasında Rusiya daha çox maraqlı görünür. Bunu Rusiya mətbuatında Baydenın əleyhinə gedən, Trampı isə müxtəlif yollarla müdafiə edən yazılar və rus ekspertlərinin fikirləri də bir daha sübut edir. Siyası araşdırmalar göstərir ki, Tramp Qərbi daxildən parçalamaq üçün Rusiya tərəfindən onların daxilinə yerləşdirilən mahir kəşfiyyatçı kimi hərəkət edir. Tramp hakimiyyətə gəldikdən sonra NATO və Qərb daxilində parçalama salmaq üçün bütün imkanlardan istifadə edib və bununla da Rusiyanın istər Suriyada, istərsə də dünyanın digər yerlərində hərbi baxımdan mövqeyini xeyli gücləndirmiş olub. Trampın ABŞ-ın xarici siyasətində atdığı hər addım Rusiyadan aldığı xüsusi göstəriş təsiri bağışlayır. Belə başa düşmək olar ki, Tramp yenidən prezident seçiləcəyi təqdirdə o, Qərbi daxildən tam şəkildə parçalama niyyətinə nail olaraq Rusiyanın yenidən Avropa üzərində hegemonluğunu bərpa etmiş olacaq.

Əziz Mustafa

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az