DİN Gəncədə əməliyyat keçirib– Narkoticarət alverçiləri həbs edilib

DİN Gəncədə əməliyyat keçirib– Narkoticarət alverçiləri həbs edilib

Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bu barədə Mediainfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Kərimov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində gizlətdiyi 1 kq narkotik vasitə olan qurudulmuş marixuana da aşkar olunub.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Nadir Məmmədov saxlanılıb.

Polis idarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Nadir Məmmədov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib.

Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 3 kq 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Aşkar edilən faktlara üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az