Oğuz şəhərində Ramazan Məmmədzadə qohumunun qızıllarını oğurlayıb

Oğuz şəhərində Ramazan Məmmədzadə qohumunun qızıllarını oğurlayıb

Oğuz şəhəri ərazisində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Mediainfo.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, “Gənclik” küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. R.Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az