DTX tərəfindən saxlanılan “Səlahəddin”in cinayət ortaqları Bakıda mühakimə olunacaq

DTX tərəfindən saxlanılan “Səlahəddin”in cinayət ortaqları Bakıda mühakimə olunacaq

Yaxın günlərdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 41 yaşlı Mənsur Cumayev və 50 yaşlı Nəsir Cahangirov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılacaqlar.

Oxuməni.az-ın xəbərinə görə, cinayət işi hakim hakim Azər Paşayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası dekabrın 30-a təyin edilib.

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aparılan araşdırmalara əsasən müəyyən edilib ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşmələrə qoşulmaq məqsədilə 2011-ci ildə Azərbaycanı tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak edib.

Onlara qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az