Bilyard klubunda atışma: kriminal avtoritet Nazir Əliyev güllələndi

Bilyard klubunda atışma: kriminal avtoritet Nazir Əliyev güllələndi

Ukraynanın Odessa şəhərindəki bilyard klublarından birində kriminal elementlər arasında qanlı “hesablaşma” baş verib. Mediainfo.az virtualaz.org-a istinadən xəbər verir ki, Odessa vilayəti polis idarəsinin yaydığı məlumata əsasən bilyard klubuna daxil olan silahlı şəxs oradakı iki nəfəri güllələyib. Nəticədə bir nəfər başından aldığı güllə yarasından yerində ölüb, digərini yaralı halda xəstəxanaya çatdırıblar. Hadisə bu gün səhər saatlarında baş verib, hadisə yerində ekspert-kriminalistlər və müstəntiqlər işləyir.

Yerli mənbələr bildirir ki, öldürülən şəxs Nazir Əliyev adında tanınmış kriminal avtoritetdir. Onun mərhum “Lotu Quli”nin yaxın adamlarından olduğu bildirilir. Atəş açan şəxs saxlanılıb və onun Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşıdır. İlkin versiyaya görə hadisənin motivi Odessa vilayətində kriminal qruplaşmalar arasında nüfuz dairəsi bölgüsü uğrunda çəkişmədir.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az