Balakəndə qətl: Dostunun başını taxta ilə əzib öldürdü

Balakəndə qətl: Dostunun başını taxta ilə əzib öldürdü

Balakəndə qətl hadisəsi baş verib.

Mediainfo.az xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, rayon ərazisində fəhləlik etməklə dolanışığını təmin edən Nabatov Murtuzəli Məhəmməd oğluna məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, meyit Şəki rayonu Baltalı kənd sakini 1960-cı il təvəllüdlü Rəhimov Məmmədhəsən Hidayət oğlunundur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Nəsibov Hacımurad Cavad oğlu Hənifə kəndindəki mənzilində zərərçəkmiş M.Rəhimovla spirtli içki qəbul edib. M.Rəhimov dostunun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.

H.Nəsibov M.Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.

H.Nəsibov polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az