“Barselona” uduzduğuna görə qardaşını öldürdü

“Barselona” uduzduğuna görə qardaşını öldürdü

Əfqanıstanın Kapisa vilayətində Həşmətullah adlı 30 yaşlı kişi "Barselona" ilə "Valensiya" arasındakı qarşılaşma səbəbindən başlayan mübahisə zamanı kiçik qardaşı Emini əvvəlcə bıçaqlayıb, daha sonra ov tüfəngi ilə vurub.

Bu barədə Əfqanıstanın "Ariana TV" telekanalı informasiya yayıb.

"Ötən gecə Həşmət adlı gənc "Barselona"nın "Valensiya"ya uduzmasına görə iki qardaş arasında başlamış mübahisə zamanı kiçik qardaşını bıçaqlayıb, sonra isə ov tüfəngi ilə vurub. Xəstəxanaya çatdırılan Emin, təəssüf ki, xilas edilə bilməyib", - vilayət polisindən bildirilib.

Polis qatil qardaşın axtarışlarının davam etdiyini qeyd edib.

Xatırladaq ki, İspaniya La Liqasında "Barselona" səfərdə "Valensiya"ya 2-0 hesabı ilə məğlub olub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az