Ramiz Mehdiyevin həyat yoldaşı Qalinanın başı qalmaqalda: Həbs edilə bilər

Ramiz Mehdiyevin həyat yoldaşı Qalinanın başı qalmaqalda: Həbs edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldırılıb.

Oxuməni.az Yeniavaz.com-a istinadən xəbər verir ki, yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da, baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Qalina Yuriyevna Mehdiyeva barəsində məhkəmə iddiası qaldıran şəxs Elmar Çingiz oğlu Səidovdur. Elmar Səidov Fireland Vineyards MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan Fireland Vineyards MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.

Fireland Vineyards MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.

Məlumat üçün bildirək ki, Fireland Vineyards MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl" adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Fireland Vineyards MMC-nin Novxanıda A.Şıxlinski küçəsində "Marandi Wine Company" adlandırılan şərab zavodu da fəaliyyət göstərir. Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.

Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Məlumat üçün qeyd edək ki, "Google Earth" proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də "Duzlu göl" adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin Fireland Vineyards MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.

Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda Fireland Vineyards MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az