Keçmiş nazir Səlim Müslümovun pulyığanı Əjdər Ol həbs edilib

Keçmiş nazir Səlim Müslümovun pulyığanı Əjdər Ol həbs edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş Aparat rəhbəri Əjdər Ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.

Oxuməni.az xəbər verir ki, bu haqda "Hürriyyət" qəzeti məlumat yayıb. Xəbərə görə, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Qeyd edək ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun "sağ əli" kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümovun üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az