Azərxalça Muzeyi fəaliyyətini bərpa edir

Azərxalça Muzeyi fəaliyyətini bərpa edir

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər, həmçinin əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına əməl etməsi nəticəsində yoluxma hallarının azalmasına nail olunub, sanitar-epidemioloji vəziyyət stabilləşib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb, yumşalmalar təmin edilib, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Azərbaycan Milli Xalça Muzeyi də öz fəaliyyətini 2 sentyabr 2020-ci il tarixindən bərpa edir. Muzey həftə içi çərşənbə axşamı – cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq.

Beləliklə, asudə vaxtınızı maraqlı və səmərəli keçirmək istəyirsinizsə, 2 sentyabr tarixindən etibarən sizi Azərbaycan Milli Xalça Muzeyində gözləyirik!

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az