Bakı və Tiflis qardaşlaşacaq

Bakı və Tiflis qardaşlaşacaq

Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Gürcüstanın paytaxtı Tiflis qardaşlaşacaq.

Mediainfo.az xəbər verir ki, Bakı və Tiflis şəhərlərinin qardaşlaşması haqqında memorandum üzərində iş yekunlaşmaq üzrədir.

Tiflis merinin müavini Andria Basilaya bildirib ki, meriya Tiflislə dost və qardaş şəhər olan Bakı arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsində çox maraqlıdır. Bunun üçün müvafiq işlər görülür və yaxın vaxtlarda iki dost və qardaş ölkənin paytaxt şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.

Qeyd edək ki, Bakı və Tiflis 1997-ci ildən tərəfdaş şəhərlərdir.

Azərbaycan və Gürcüstanın sənaye şəhərləri olan Sumqayıt və Rustavi isə 1952-ci ildə qardaşlaşıblar.

Bundan başqa Kutaisi və Gəncə şəhərləri, eləcə də Naxçıvan ilə Batumi şəhərləri arasında qardaşlıq əlaqələri var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az