Toyların keçirilməsi qaydası hazırlanır: nələr olacaq? – Video

Toyların keçirilməsi qaydası hazırlanır: nələr olacaq? – Video

Toylarla bağlı qaydaları ÜST-ün tövsiyələrinə, digər ölkələrin təcrübəsinə və bu gün fəaliyyət göstərən restoranlardakı qaydalara istinad edərək hazırlayacaqlar.

Mediainfo.az xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.

“Hazırkı mərhələdə bunu təfsilatı ilə dəqiq izah edə bilmərik. Çünki qaydalar hələ hazırlanır. Əvvəlki təcrübəni nəzərə alsaq, restoranlar üçün hazırlanmış standart qaydalara cavab verən şadlıq sarayları fəaliyyət göstərə bilərlər. Qaydalarda məsafə, yerlərin sayı məsələsi hazırlanır. Gözlənti odur ki, bu gün fəaliyyət göstərən restoranlarda olan qaydalar şadlıq saraylarında da tətbiq olunmalıdır. Lakin toyların keçirilməsinə əlavə qaydalar da daxil edilə bilər. Rəqs, musiqi məsələsi ilə bağlı qaydalara şadlıq evlərində əməl olunmalıdır. Toyda iştirak edənlərin sayında da məhdudiyyət olmalı və sosial məsafə gözlənilməlidir”, - o bildirib.

Videogörüntüləri təqdim edirik:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az