16 aprel görkəmli bəstəkar Ramiz Mirişlinin vəfat etdiyi gündür

16 aprel görkəmli bəstəkar Ramiz Mirişlinin vəfat etdiyi gündür

16 aprel (1934-2015) Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, gözəl pedaqoq, professor Ramiz Aqil oğlu Mirişlinin vəfat etdiyi gündür.

Görkəmli bəstəkar Ramiz Mirişli 1934-cü il aprelin 16-da qədim Türk yurdu Naxçıvan şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R. Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.

Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də, R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür".

Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.

Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının xalq artisti, 1993-cü ildə professor adını almışdır. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Unudulmaz bəstəkar 17 aprel 2015 – ci ildə vəfat etmişdir.

Allah rəhmət eləsin.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az